среда, 30 апреля 2014 г.

понедельник, 10 марта 2014 г.

Ağla qaranın fərqi

Bu layihəni işləyib hazırlayarkən biz bir çox nəticələrə gəlib çıxdıq.Biz anladıq ki, həyat təzadlarla doludur.
Həyatda həm "ağ", həm də "qara" rəngli  insanlara rast gəlmək olar.Amma hər kəs öz "rənginə" uyğun işlər görür.Kimi yaşadığı ömur boyunca ancaq yaxşılıqlar etməyə çalışır, kimi də hər zaman başqalarına ziyan vurmağa,pisliklər etməyə can atır.Biz bu cür insanlar haqda eşidib öyrəndikcə daha çox dərk etməyə başladıq
ki, insan hansı yaşda olmasından,hansı cinsdən olmasından asılı olmadan, hansı məslək sahibi,hansı irqin nümayəndəsi olmasından asılı olmadan həyatda tutduğu yolu ölçüb biçməli,pisliklərdən uzaq olmalıdır.
Xeyirxah insanlar hər zaman -istər cəmiyyətdə,istərsədə Allah yanında-sevilir və hörmətli olur.
Biz tarixdən rast gəlmişik ki,xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev öz yaxşı əməlləri ilə,etdiyi böyük xeyriyyə
çiliklərlə insanlar tərəfindən sevilmiş və adı bu gün də dillərdə dastan olmuş,Azərbaycan tarixinə öz möhürünü vurmuşdur.Düşünürük: nə üçün biri Mələk, digəri Şeytan?!.Müqayisə edirik:Mələk Zeynalabdin Tağıyev kimi xeyirxahlar,Şeytan isə Şər kimi ziyankarlar,insanları sevməyənlər,pislik sahibləri.
Bizə belə bir sual versəydilər ki,sizcə göyərçin qalib gələr, yoxsa bayquş?.Biz belə cavab verərdik:
----- Əlbbətə göyərçin.Çünki göyərçin ağ rəngdədir   və  hər zaman sülh tərəfdarı olub, ona görə də onu
"sülh göyərçini" adlandırıblar.Bayquş isə sevilməyən quşdur,çünki hər zaman uğursuzluq rəmzii kimi tanınıb.
Deməli insanlar da belədir:Göyərçinlər xeyirxahlar, Bayquşlar isə ziyankarlardır.
Biz VII-sinif şagirdləyirik.Bu layihənin üzərində işləyərkən biz bir daha əmin olduq ki, hər zaman Xeyir kimi
xeyirxah olmağa,Şər kimi pisliklərdən uzaq olmağa çalışmalıyıq.

воскресенье, 9 марта 2014 г.

Ağın qara üzərində qələbəsi.

.Nizami Gəncəvi bu əsəri ilə xeyirin hər zaman şər üzərində qələbəsini ön planda göstərir.
.Şər öz pisllikləri ilə hər kəsə ziyan vurur.
.Xeyir öz əmllərinin qarşılığını  yaxşılıqla alır.Allah onun qarşısına yaxşı insanlar çıxardır və gözlərini geri qaytarır.Şər isə öz şər əmllərinin nəticəsini  görür. Səhrada qarşısına bir kürd çoban çıxır. Şər pis əməlli olduğu üçün çoban onu öldürür. Həyatdakı insanlar da bunu düşünərək hərəkət etməlidirlər. Hər bir insan öz əməllərinin qarşılığını mütləq alacaqdır. Əsərdə Xeyirlə Şər qardaş olur. Buna baxmayaraq Şər öz qardaşının gözlərini bir udum sudan ötrü çıxarır. Biz belə hesb edirik ki, əsil qardaş qardaşının nəinki gözlərini sudan ötrü çıxarmalı,onun ayağına daş dəyməyinə belə razı olmamalıdı.Bütün müsəlmanlar bir-birinə qardaş olmalıdır. Hər bir kəs bu  həytda yaxşı əməlləri  ilə yadda qalmağı bacarmalıdır. Biz böyüklərimizdən,müəllimlərimizdən,
oxudumuz kitablardan öyrənmişik ki, Allah hər bir insanı öz əmllərinə görə mükafatlandırır: yaxşıları cənnətə,
pisləri isə cəhnnəmə göndərir.Ona görə də bu dünyada çalışmaq lazımdır ki,xeyirxah olasan, ətrafındakı insanlara kömək edəsən.Biz öz fikrimizə belə bir atalar sözü ilə aydınlıq gətirmək istərdik:
"Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq ər kişinin işidir."



Əsərdə Xeyir Şərdən su istəyir.
.Şər ona su vermək ü
çün ondan gözlərini tələb edir.
.Xeyir susuz səhrada susuzluğa dözə bilmədiyi üçün gözlərini verməyə razı olur.
.Şər yenə "şər"olduğunu bir daha sübut edir:Xeyirin gözlərini çıxarır,amma yenə ona su vermir.
.Xeyir, elə adından da göründüyü kimi allahın rəhmindən qalmır: kürd qızı ona kömək edir.
.Kürd qızı səhrada bitən sərdəl ağacının yarpaqlarını  Xeyirin gözlərinə qoyaraq onları sağaldır.
.Kürd qızı Xeyirın qulluğunda durur, ona qayğı göstərir.
Kürd qızının atası Xeyirin sağalmasında qızına kömək edir,onu evində qonaq edir.
 Xeyir öz xeyirxahlığının nəticəsini görür.Allah onu mükafatlandırır.
Qarşisina özü kimi insanlar çıxarır.
Kürd qızının atası öz var-dövlətini Xeyirə vəsiyyət edir,onu öz övladı kimi qəbul edir.