понедельник, 10 марта 2014 г.

Ağla qaranın fərqi

Bu layihəni işləyib hazırlayarkən biz bir çox nəticələrə gəlib çıxdıq.Biz anladıq ki, həyat təzadlarla doludur.
Həyatda həm "ağ", həm də "qara" rəngli  insanlara rast gəlmək olar.Amma hər kəs öz "rənginə" uyğun işlər görür.Kimi yaşadığı ömur boyunca ancaq yaxşılıqlar etməyə çalışır, kimi də hər zaman başqalarına ziyan vurmağa,pisliklər etməyə can atır.Biz bu cür insanlar haqda eşidib öyrəndikcə daha çox dərk etməyə başladıq
ki, insan hansı yaşda olmasından,hansı cinsdən olmasından asılı olmadan, hansı məslək sahibi,hansı irqin nümayəndəsi olmasından asılı olmadan həyatda tutduğu yolu ölçüb biçməli,pisliklərdən uzaq olmalıdır.
Xeyirxah insanlar hər zaman -istər cəmiyyətdə,istərsədə Allah yanında-sevilir və hörmətli olur.
Biz tarixdən rast gəlmişik ki,xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev öz yaxşı əməlləri ilə,etdiyi böyük xeyriyyə
çiliklərlə insanlar tərəfindən sevilmiş və adı bu gün də dillərdə dastan olmuş,Azərbaycan tarixinə öz möhürünü vurmuşdur.Düşünürük: nə üçün biri Mələk, digəri Şeytan?!.Müqayisə edirik:Mələk Zeynalabdin Tağıyev kimi xeyirxahlar,Şeytan isə Şər kimi ziyankarlar,insanları sevməyənlər,pislik sahibləri.
Bizə belə bir sual versəydilər ki,sizcə göyərçin qalib gələr, yoxsa bayquş?.Biz belə cavab verərdik:
----- Əlbbətə göyərçin.Çünki göyərçin ağ rəngdədir   və  hər zaman sülh tərəfdarı olub, ona görə də onu
"sülh göyərçini" adlandırıblar.Bayquş isə sevilməyən quşdur,çünki hər zaman uğursuzluq rəmzii kimi tanınıb.
Deməli insanlar da belədir:Göyərçinlər xeyirxahlar, Bayquşlar isə ziyankarlardır.
Biz VII-sinif şagirdləyirik.Bu layihənin üzərində işləyərkən biz bir daha əmin olduq ki, hər zaman Xeyir kimi
xeyirxah olmağa,Şər kimi pisliklərdən uzaq olmağa çalışmalıyıq.

Комментариев нет:

Отправить комментарий