воскресенье, 9 марта 2014 г.

Ağın qara üzərində qələbəsi.

.Nizami Gəncəvi bu əsəri ilə xeyirin hər zaman şər üzərində qələbəsini ön planda göstərir.
.Şər öz pisllikləri ilə hər kəsə ziyan vurur.
.Xeyir öz əmllərinin qarşılığını  yaxşılıqla alır.Allah onun qarşısına yaxşı insanlar çıxardır və gözlərini geri qaytarır.Şər isə öz şər əmllərinin nəticəsini  görür. Səhrada qarşısına bir kürd çoban çıxır. Şər pis əməlli olduğu üçün çoban onu öldürür. Həyatdakı insanlar da bunu düşünərək hərəkət etməlidirlər. Hər bir insan öz əməllərinin qarşılığını mütləq alacaqdır. Əsərdə Xeyirlə Şər qardaş olur. Buna baxmayaraq Şər öz qardaşının gözlərini bir udum sudan ötrü çıxarır. Biz belə hesb edirik ki, əsil qardaş qardaşının nəinki gözlərini sudan ötrü çıxarmalı,onun ayağına daş dəyməyinə belə razı olmamalıdı.Bütün müsəlmanlar bir-birinə qardaş olmalıdır. Hər bir kəs bu  həytda yaxşı əməlləri  ilə yadda qalmağı bacarmalıdır. Biz böyüklərimizdən,müəllimlərimizdən,
oxudumuz kitablardan öyrənmişik ki, Allah hər bir insanı öz əmllərinə görə mükafatlandırır: yaxşıları cənnətə,
pisləri isə cəhnnəmə göndərir.Ona görə də bu dünyada çalışmaq lazımdır ki,xeyirxah olasan, ətrafındakı insanlara kömək edəsən.Biz öz fikrimizə belə bir atalar sözü ilə aydınlıq gətirmək istərdik:
"Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq ər kişinin işidir."



Комментариев нет:

Отправить комментарий